Amur vilayətində matəm elan edilib

A- A A+

Rusiyanın Amur vilayətində helikopterin qəzaya uğraması nəticəsində üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "İnterfaks" dairə administrasiyasına istinadən məlumat yayıb.

Xatırladaq ki, fevralın 20-də Amur vilayətində Amaranka kəndindən 130 km məsafədə yerləşən Romnı kəndinə uçan şəxsi "Robinson R44" helikopteri radarlardan itib. Helikopterin düşdüyü yer aşkar edilib. Qəza yerində üç həlak olmuş şəxsin meyiti tapılıb.

Cinayət işi açılıb. İstintaq iki əsas versiyanı nəzərdən keçirir: texniki nasazlıq və hava gəmisinin idarə edilməsi qaydalarının pozulması.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: