Türkiyə HHQ mütəxəssisləri “Eurofighter Typhoon” təyyarələrində təlimə başlayırlar

A- A A+

Türkiyə Hərbi Hava Qüvvələrinin mütəxəssislərinin ilk qrupu, o cümlədən pilotlar fevralın 24-də “Eurofighter Typhoon” təlim proqramı çərçivəsində Böyük Britaniyaya yola düşəcək.

NUHÇIXAN “Milliyet” qəzetinə istinadən xəbər verir ki, təlim Koninqsbi Hərbi Hava Qüvvələri bazasında keçiriləcək.

Türkiyə ötən ilin oktyabr ayında Birləşmiş Krallıqla 8 milyard funt sterlinqə (10,7 milyard dollar) 20 yeni “Eurofighter Typhoon” qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Bundan əlavə, ötən payız Ankara Qətər və Omandan əlavə 24 qırıcı təyyarə aldığını elan edib. Eyni zamanda, Qətərdən alınan təyyarələrdən 12-si “Eurofighter Tranche 3A”nın ən son versiyasıdır.

Oman təyyarəni 2028-ci ildə modernləşdirdikdən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verəcək.

Qəzetin məlumatına görə, Ankara Doha ilə əlavə 12 ədəd “Eurofighter” təyyarəsi üçün yeni müqavilə imzalayıb. Beləliklə, növbəti 3-4 ildə Türkiyə Hərbi Hava Qüvvələrinin xidmətində Avropa istehsalı olan təyyarələrin sayı 44-dən 56-ya çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: