Qazaxıstan Gürcüstanla mütəşəkkil cinayətkarlıq, ekstremizmlə mübarizədə əməkdaşlığı gücləndirəcək

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə görüşü zamanı asayişin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Geladze Tokayevə Gürcüstan hüquq-mühafizə orqanlarının xarici turistlərin, o cümlədən Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyəti barədə məlumat verib.

Qazaxıstan və Gürcüstanın Daxili İşlər nazirlikləri mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrlə bağlı cinayətkarlıq, kibercinayətkarlıq, ekstremizmlə mübarizə, eləcə də qabaqcıl təcrübə mübadiləsi və kadr hazırlığı kimi istiqamətlərdə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: