Gürcüstanın paytaxtı Tbilisidə və bölgələrində müvəqqəti narkotik laboratoriyası, narkotiklərin becərilməsi üçün nəzərdə tutulmuş 3 istixana və 28 kiloqrama yaxın metadon aşkarlanıb, saxlanılanlar var.
NUHÇIXAN xəbər verir ki, bu barədə Acarıstan Polis Departamentinin direktoru Giorgi Buxraşvili keçirilən brifinqdə bildirib.
O deyib ki, saxlanılanlar Gürcüstan və xarici vətəndaşlardır.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları silah-sursat da müsadirə ediblər.
Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
