Cənubi Koreya vətəndaşlarına Amerika Birləşmiş Ştatlarının mümkün hərbi hücumu ilə bağlı yaranmış gərginlik fonunda İranı tərk etmək tövsiyə olunub.
NUHÇIXAN Koreya mediasına istinadla xəbər verir ki, bununla əlaqədar bu ölkənin Tehrandakı səfirliyinin internet səhifəsində bildiriş yerləşdirilib.
Diplomatik nümayəndəlik Koreya vətəndaşlarına uçuşlar mövcud olduqda İranı tərk etməyi məsləhət görüb. Qeyd olunub ki, vəziyyətin pisləşəcəyi halda, İrana və bu ölkədən xaricə uçuşlar dayandırıla bilər.
