Almaniya 2022-ci ildən bəri Ukraynaya 94 milyard avro yardım göstərib

A- A A+

Almaniya Rusiyanın Ukraynaya qarşı təcavüzə başladığı 2022-ci il fevralın 24-dən bəri Kiyevə təxminən 39 milyard avroluq humanitar və 55 milyard avroluq hərbi yardım göndərib.

NUHÇIXAN xəbər verir ki, bu məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius jurnalistlər üçün təşkil olunan brifinqdə açıqlayıb. “Almaniya hazırda həm humanitar, həm də hərbi yardım baxımından Ukrayna üçün ən böyük donordur”, - deyə siyasətçi xatırladıb.

Qeyd edək ki, 2025-ci il iyulun 30-da Almaniya hökuməti 2026-cı il üçün federal büdcə layihəsini təsdiqləyib. Büdcədə Ukrayna üçün təxminən 9 milyard avroluq yardım da nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: