Qahirə qubernatorluğu daxilində müstəsna statuslu yeni inzibati mərkəz yaradılır

A- A A+

Qahirə qubernatorluğu daxilində Misirin yeni inzibati mərkəzinə müstəsna rayon statusu verilməsi təklif olunur. Bununla bağlı qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, Prezident administrasiyasının, nazirliklərin, səfirliklərin, parlamentin hər iki palatasının və digər dövlət idarəetmə orqanlarının yerləşdiyi rayonun Memfis adlandırılması təklif edilir.

Qeyd olunur ki, rayonun rəhbərini Prezident təyin edəcək və müstəsna səlahiyyətlərə malik olacaq.

Memfis qədim Misirin paytaxtlarından biri olub. Şəhərin əsası Aşağı və Yuxarı Misiri birləşdirmiş firon Mina tərəfindən miladdan təxminən 3100 il əvvəl qoyulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: