Fırtınalar bağ evlərinin su altında qalmasına, yol infrastrukturunun dağılmasına, sahilyanı yaşayış məntəqələrində daşqınlara səbəb olur. Bununla əlaqədar Danimarka gələcəkdə fırtına dalğalarına qarşı daha yaxşı hazırlaşmaq niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, hökumət iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri üçün 2029–2040-cı illərdə sahil mühafizəsinə təxminən 15 milyard kron (2 milyard dollardan çox) ayıracaq.
Ətraf mühit naziri MaQnus Heunike bildirib ki, bu plan vasitəsilə Danimarka sahilləri boyunca yerləşən evlər və biznes obyektləri qorunacaq.
Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, son onillikdə 2021, 2022 və 2023-cü illər ekstremal hava hadisələri, xüsusilə daşqınlar nəticəsində ən böyük iqtisadi itkilərin qeydə alındığı beşilliyə daxil olub.
