Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunmasına 2 milyon dollar ayırıb

A- A A+

Qazaxıstan Hökumətinin ehtiyat fondundan Xəzər dənizinin öyrənilməsi və qorunması üçün 1,1 milyard tengə (təqribən 2,2 milyon ABŞ dolları) ayrılıb.

NUHÇIXAN-ın Qazaxıstan Hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq qərar Baş nazir Oljas Bektenov tərəfindən imzalanıb. Vəsait “Qazax Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu” ASC-yə yönəldilib.

Maliyyələşdirmə dəniz monitorinqinin aparılması üçün avadanlıqların alınmasına, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchizatını nəzərdə tutub.

Bu, instituta bilavasitə dəniz akvatoriyasında kompleks monitorinqə keçməyə, o cümlədən hidrometeoroloji və bioloji mühit parametrləri üzrə sistemli müşahidələr aparmağa, eləcə də dənizin Qazaxıstan hissəsindəki proseslər haqqında elmi əsaslı bazanı genişləndirməyə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: