ABŞ Prezidenti Donald Trampın həftəsonu elan etdiyi 15 % əvəzinə, 10%-lik qlobal idxal rüsumları qüvvəyə minib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "The Financial Times" nəşri ABŞ gömrüyünün bildirişinə istinadən yazır.
"NBC News"un məlumatına görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti idxalçıları birinci mərhələdə rüsum dərəcəsinin 10% təşkil edəcəyi və istisnalar nəzərdə tutulmadığı halda 150 gün ərzində bütün ölkələrə tətbiq ediləcəyi barədə məlumatlandırıb.
Ağ Evdə bu məlumatı təsdiqləyərək qeyd ediblər ki, prezident administrasiyası rüsumların 15%-ə çatdırılması üzərində işləyir, lakin bunun üçün ayrıca fərman tələb olunacaq.
