“Apple” kiçik masaüstü kompüter istehsalının bir hissəsini ABŞ-yə köçürəcək

A- A A+

“Apple” şirkəti “Mac” masaüstü mini kompüter istehsalının bir hissəsini ABŞ-yə köçürməyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, “Wall Street Journal” nəşrinin məlumatına görə, yeni istehsal xətti bu il “Foxconn” şirkətinin Hyuston şəhərindəki zavodunda fəaliyyətə başlayacaq. Buna baxmayaraq, masaüstü mini kompüterin Asiyadakı istehsalı da davam etdiriləcək. Hyustondakı müəssisə ilkin mərhələdə yalnız yerli tələbatı ödəyəcək.

Qeyd edək ki, hazırda “Apple” məhsullarının, o cümlədən “iPhone” və “iPad” cihazlarının əsas hissəsi Asiyada, xüsusilə də Çində istehsal olunur. Bununla belə, son illər istehsalın bir qismi Vyetnam, Tailand və Hindistana köçürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: