Macarıstanın Ukrayna üçün 90 milyard avroluq krediti bloklaması Avropa rəsmilərini məyus edib.
NUHÇIXAN xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Ukraynaya yardımın dayandırılması, eləcə də Rusiya əleyhinə 20-ci sanksiya paketi ilə bağlı razılığın əldə olunmaması avropalı siyasətçilərdə məyusluq yaradıb.
Qeyd edək ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Kiyevə 90 milyard avroluq kreditin ayrılmasının qarşısını alacağı ilə bağlı Avropa Şurasının rəhbəri Antonio Koştanı məlumatlandırıb. Bundan əvvəl isə Brüssel Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı razılaşmaya nail ola bilməyib.
