ABŞ İrana qarşı sanksiyalar altında olan tankeri saxlayıb

A- A A+

ABŞ Hərbi Dəniz Qüvvələri Kuk Adaları bayrağı altında üzən və İrana qarşı tədbirlər çərçivəsində sanksiya siyahısına daxil edilmiş "Bertha" neft tankerini saxlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin "X" sosial şəbəkəsində dərc olunmuş məlumatda deyilir.

"Bu gecə Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri ABŞ-ın Hind və Sakit okeanları zonasındakı Birləşmiş Komandanlığının məsuliyyət sahəsində "Bertha" gəmisinin saxlanılması əməliyyatını heç bir insident baş vermədən həyata keçirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, gəmi ABŞ Prezidenti Donald Trampın Karib regionunda sanksiya altında olan gəmilər üçün müəyyən etdiyi karantini pozaraq fəaliyyət göstərib və qaçmağa çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: