Ukrayna hərbçiləri Rusiya ordusunun hərbi texnikasına və qoşunların idarəetmə mərkəzlərinə silsilə zərbələr endiriblər

A- A A+

Ukrayna hərbçiləri fevralın 24-nə keçən gecə Rusiya ordusunun hərbi texnikasına və qoşunların idarəetmə mərkəzlərinə silsilə uğurlu zərbələr endiriblər.

 

Bu barədə NUHÇIXAN Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Telegram” kanalına istinadla xəbər verir. Məlumata görə, gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetsk vilayətinin Novopetrikovka yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusunun 5-ci ordusunun yardımçı idarəetmə məntəqəsini vurub. Zərbələr zamanı ATACMS raketlərindən də istifadə olunub.

 

Ukraynanın Müdafiə Qüvvələri, həmçinin Zaporojye vilayəti ərazisində yerləşən “Rubikon” mərkəzinin maddi-texniki vasitələr anbarını sıradan çıxarıb. Bundan başqa, Donetsk vilayətinin Priazovski rayonu ərazisində düşmənə məxsus sursat və maddi-texniki vasitələr anbarlarına, eləcə də Zaporojye vilayətinin Aleksandrovka yaşayış məntəqəsi yaxınlığında yerləşən sursat anbarına zərbələr endirilib.

 

Zaporojye vilayətinin Akimovka yaşayış məntəqəsi yaxınlığında isə qarşı tərəfin təmir bazası vurulub.

 

Krım Muxtar Respublikasının Katsiveli yaşayış məntəqəsi ərazisində düşmənin canlı qüvvəsinin cəmləşdiyi istiqamətə zərbə endirildiyi qeydə alınıb.

 

Həmçinin fevralın 24-də Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Lyubimovka yaşayış məntəqəsi yaxınlığında “Uraqan” reaktiv yaylım atəşi sisteminə hücum edib.

 

Bundan əvvəl, fevralın 23-də Donetsk vilayətinin Svobodnoe yaşayış məntəqəsi yaxınlığında “Buk-M1” zenit-raket kompleksi vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: