Avstraliyalı alimlər baş və boyun xərçənginin təkrarlanmasını proqnozlaşdıran qan testi hazırlayıblar
Avstraliyalı alimlər əməliyyatdan sonra baş və boyun xərçəngi xəstələrində residiv riski müəyyən edən sadə qan testi hazırlayıblar.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Avstraliya tədqiqatçıları açıqlama verib. Bildirilib ki, tədqiqatçılar qan dövranında olan şiş hüceyrələrini təhlil edərək onların residiv ehtimalı ilə əlaqəsini müəyyənləşdiriblər.
Hər il Avstraliyada təxminən 5 min 500 insana baş və boyun xərçəngi diaqnozu qoyulur. Əməliyyatdan sonra bir çox xəstə sağalsa da, bəzilərində xəstəlik yenidən ortaya çıxır və bu, adətən erkən mərhələdə aşkar edilmir.
Tədqiqatın aparıcı müəllifi Dannel Yeo bildirib ki, qan testi residiv riski yüksək olan xəstələrin erkən diaqnostikasına kömək edir. Alimlər qeyd edirlər ki, bu tapıntılar fərdiləşdirilmiş xərçəng müalicəsində və xəstələrin daha yaxşı izlənilməsində mühüm rol oynaya bilər.
