Polşa Prezidenti Karol Navrotskinin ofisindəki kassadan 500 min zlotıdan (təxminən 141 min dollar) çox pul oğurlanıb.
NUHÇIXAN xəbər verir ki, “Gazeta Wyborcza” qəzeti bu barədə Varşava Dairə Prokurorluğuna istinadla məlumat yayıb. “İlk şahidlər artıq dindirilir, dəyən ziyanın dəqiq miqdarı müəyyən edilir”, - deyə nəşr prokuror Petr Skibanın sözlərindən iqtibas gətirib.
Yerli media istintaq sirrini əsas gətirərək cinayətin təfərrüatını açıqlamır. Məlumata görə, oğurluqda prezident dəftərxanasının bir neçə əməkdaşı iştirak etmiş ola bilər.
