Qazaxıstanda Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb

A- A A+

Qazaxıstanın Karaqanda bölgəsində planlaşdırılmış təlim uçuşları həyata keçirən Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.

NUHÇIXAN Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, heyət dərhal katapultasiya edib. Pilotlar sağ-salamatdır və tibbi müşahidə altındadır.

Qəza yeri mühasirəyə alınıb. Mülki şəxslər və ya infrastruktur üçün heç bir təhlükə yoxdur.

Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən hadisənin səbəbini və şəraitini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: