Almaniyanın sabiq Kansleri Olaf Şolts memuar yazmağa başlayıb

A- A A+

Almaniyanın sabiq Kansleri Olaf Şolts memuarları üzərində işə başladığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, “Der Spiegel” jurnalının məlumatına görə, Olaf Şolts bu barədə Almaniya Tarix Muzeyləri İttifaqının təşkil etdiyi tədbirdə deyib.

Xatırladaq ki, Olaf Şolts 2021-ci ilin dekabrından 2025-ci ilin may ayınadək Almaniyanın Kansleri vəzifəsində çalışıb. O, bundan öncə Almaniya Sosial Demokrat Partiyasına başçılıq edib, Hamburq şəhərinin meri vəzifəsində çalışıb və Angela Merkelin hökumətlərində müxtəlif nazir postlarını tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: