Rusiya-Ukrayna müharibəsinin bitməsini istəməyən qüvvələr də var.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyənin bu müharibənin ən qısa zamanda bitməsini arzuladığını vurğulayıb:
"Müharibə artıq beşinci ilinə qədəm qoyub, regionda hər kəs bu savaşdan yorulub. Biz bu savaşın sona çatmasını arzulasaq da, təəssüf ki, müharibənin bitməsini istəməyən tərəflərin də olduğunu görürük".
F.Oktay əlavə edib ki, Türkiyə həm ABŞ-nin rəhbərliyi altında aparılan, həm də İstanbul görüşləri çərçivəsində Türkiyənin təşəbbüsü ilə davam edən Rusiya-Ukrayna danışıqlarının israrla davam etdirməyə çalışacaq.
