Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov fevralın 26-da amerikalı danışıqçılar – ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüş keçirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Prezidenti Volodimir Zelenskinin jurnalistlərə açıqlamasına istinadən məlumat yayıb.
"Birinci məsələ "prosperity package", yəni Ukraynanın bərpa paketidir və təfərrüatlar müzakirə olunacaq. İkinci məsələ – Rusiya ilə olacaq üçtərəfli görüşə hazırlıq görüləcək və bu görüş, bizim fikrimizcə, martın əvvəlində baş tutacaq", - o bildirib.
Bundan əlavə Zelenski vurğulayıb ki, Umerova əsir mübadiləsinin təfərrüatlarının müzakirəsi ilə bağlı tapşırıq verilib.
