Rubio: Ukraynadakı müharibənin hərbi həllinin olmadığını bilirik

A- A A+

“ABŞ Administrasiyası Moskvaya təzyiqi artırmağa davam edir”.

NUHÇIXAN xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ Rusiyaya sanksiya tətbiq etməyə və Ukraynaya silah satmağa davam edir.

“Biz Rusiya və Ukrayna danışıqçılarının bir masa arxasında oturub bir-biri ilə müzakirə aparmasına nail olan yeganə ölkəyik. Əgər biz uzaqlaşsaq, bunu kim edəcək? Birləşmiş Millətlər Təşkilatı bunu etməyəcək. Biz Ukraynadakı müharibənin hərbi həllinin olmadığını bilirik. Bu müharibə danışıqlar yolu ilə həll olunacaq və hazırda dünyada danışıqlar üçün vasitəçi ola biləcək yeganə ölkə bizik”, - deyə Rubio qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: