Polşanın növbətçi hərbi təyyarələri Rusiyanın Ukraynadakı aktivliyi fonunda havaya qaldırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sosial şəbəkələrdəki məlumatında bildirilib.
"Rusiyanın Ukrayna ərazisinə növbəti kütləvi hücumu ilə əlaqədar bizim hava məkanımızda Polşa və müttəfiq Hərbi Hava Qüvvələrinin əməliyyatları başlayıb. Silahlı Qüvvələrin Əməliyyat komandanı sərəncamında olan zəruri qüvvə və vasitələri səfərbər edib", - məlumatda qeyd olunub.
Bildirilib ki, qırıcılar və erkən xəbərdarlıq təyyarələri döyüş hazırlığındadır, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri isə yüksək hazırlıq rejiminə keçirilib.
"Bu tədbirlər cavab xarakter daşıyır, hava məkanının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsinə yönəlib", - məlumatda deyilir.
