Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

A- A A+

Vaşinqton hesab edir ki, İrana qarşı hərbi gücün tətbiqi Tehranın nüvə danışıqlarında güzəştə getməsinə səbəb ola bilər.

NUHÇIXAN xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev hələlik İrana qarşı mümkün zərbələr barədə yekun qərar verməyib. Lakin ABŞ administrasiyasının fikrincə, danışıqlarda irəliləyiş əldə olunmasa, İranın nüvə və raket qurğularına məhdud zərbələr Tehranı güzəştə getməyə vadar edəcək.

Ekspertlərin hesablamalarına görə, ABŞ-nin bölgədəki qüvvələri yalnız 7-10 günlük hərbi kampaniya üçün kifayət edə bilər. Eyni zamanda, Vaşinqton Tehranın İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına cavab zərbələrinin qaçılmaz olduğunu düşünür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: