Danimarkada parlament seçkiləri martın 24-də keçiriləcək

A- A A+

Danimarkanın Baş naziri Mette Frederiksen parlament seçkilərinin martın 24-də keçiriləcəyini bəyan edib.

NUHÇIXAN xəbər verir ki, qanunvericiliyə əsasən, səsvermə oktyabrın 31-dən gec olmayaraq keçirilməlidir, lakin mandatların çevik sistemi səbəbindən seçkilərin tarixi hökumət başçısı tərəfindən müəyyən olunur.

Sosial-demokratların, Mötədillərin və Liberalların iştirakı ilə bloklararası əsasda formalaşdırılmış hakim koalisiya Qrenlandiya ətrafında böhran fonunda ictimai rəydə mövqelərini möhkəmləndirib. Parlamentdə çıxış edən M.Frederiksen hökumətdəki tərəfdaşlarına təşəkkürünü bildirib və əldə olunmuş nəticələri qeyd edib.

Seçki kampaniyasının mərkəzində pensiya yaşı məsələsi və sosial-demokratlar tərəfindən təklif edilmiş yeni sərvət vergisinin tətbiq edilməsinin dayanacağı gözlənilir.

Bundan başqa, mart ayında Danimarka Krallığının muxtar hissəsi olan Farer adalarında da seçkilər keçiriləcək. Orada səsvermə martın 26-na təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: