Aİ Somalidə humanitar böhranın ağırlaşması ilə əlaqədar 63 milyon avro ayırıb

A- A A+

Avropa İttifaqı (Aİ) Somalidə davam edən münaqişə və məcburi köçkünlük, eləcə də şiddətlənən quraqlıq və artan ərzaq qiymətlərindən zərər çəkmiş ən həssas icmalara dəstək məqsədilə 63 milyon avro məbləğində maliyyə yardımı ayırıb.

NUHÇIXAN xəbər verir ki, bu qərar Somalidə quraqlıqla əlaqədar ərzaq çatışmazlığının sürətlə artdığı bir vaxta təsadüf edir.

Aİ-nin məlumatında hazırda Somalidə 6,5 milyon insanın - təxminən hər üç nəfərdən birinin aclıqla üzləşdiyi və beş yaşdan aşağı 1,85 milyon uşağın kəskin qidalanma çatışmazlığı riski altında olduğu bildirilib.

Ayrılan vəsait səhiyyə və qidalanma xidmətlərinə, o cümlədən ağır və kəskin qidalanma çatışmazlığının müalicəsinə, təcili yardım proqramlarına, su və sanitariya xidmətlərinə, eləcə də müdafiə və fövqəladə təhsil tədbirlərinə yönəldiləcək. Bu yeni vəsaitlə birlikdə Aİ-nin 2017-ci ildən bəri Somaliyə göstərdiyi humanitar yardımın dəyəri 750 milyon avronu ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: