ABŞ Hərbi Hava Qüvvələri altıncı nəsil F-47 gizli qırıcısının ilk sınaq uçuşunu 2028-ci ildə keçirməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə proqramın icrasına nəzarət edən general Deyl Uayt Hava və Kosmik Qüvvələr Assosiasiyasının simpoziumunda bildirib.
“Boeing” tərəfindən hazırlanan qırıcının döyüş radiusunun 1600 km-dən çox, maksimal sürətinin isə saatda 2200 km-dən artıq olacağı qeyd edilir. ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil F-22 Raptor təyyarələrini əvəz etmək üçün 185-dən çox F-47 almağı planlaşdırır.
Layihə “Next Generation Air Dominance” proqramı çərçivəsində həyata keçirilir və pilotsuz sistemlərlə inteqrasiyanı da nəzərdə tutur.
