Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb.
NUHÇIXAN-ın məlumatına görə, İslam Respublikasının informasiya naziri Attaulla Tarar bu barədə "X"də bildirib.
Onun sözlərinə görə, Pakistan Ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-u nəzarət altına alıb. Tanklar, artilleriya və zirehli transportyor da daxil olmaqla 80-dən çox hərbi texnika sıradan çıxarılıb. "Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib və itkilərin sayı arta bilər", - nazir əlavə edib.
