ABŞ Çinin zəif yerlərini tapmaq üçün süni intellektdən istifadə edəcək

A- A A+

Pentaqon Çinin infrastrukturundakı zəif yerləri müəyyənləşdirmək və potensial münaqişədə onlardan istifadə etmək üçün süni intellekt əsaslı alətlər hazırlamaq niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, yeni alətlər elektrik şəbəkələri, kommunal infrastruktur və digər vacib sistemlər haqqında məlumat toplamaq və onları dəstəkləyən proqram təminatındakı zəiflikləri müəyyən etmək üçün nəzərdə tutulub. Həmin alət, həmçinin potensial hədəfləri döyüş planlarına salacaq. Vaşinqton potensial hərbi münaqişə zamanı sistemlərə daxil olmaq və onları sıradan çıxarmaq üçün zəif nöqtələrdən istifadə edəcək.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Pentaqon artıq bir neçə aparıcı süni intellekt şirkəti ilə danışıqlar aparır. Qurum əvvəllər süni intellekt texnologiyaları təminatçıları “OpenAI”, “Anthropic”, “Google” və “xAI” ilə təxminən 200 milyon dollarlıq müqavilələr imzalayıb. Qəzetin mənbələri Çinin zəif yerlərini aşkarlama vasitələrinin hansı şirkət tərəfindən hazırlanacağı barədə məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: