Gürcüstanda külli miqdarda narkotik maddə müsadirə edilib

A- A A+

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə natkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri həyata keçirib. Nəticədə iki nəfər xarici ölkə vətəndaşından külli miqdarda narkotik maddə müsadirə olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxslərin şəxsi və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı polis xüsusilə külli miqdarda narkotik vasitə olan heroin müsadirə edib.

İstintaq müəyyənləşdirib ki, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumidə satış üçün müxtəlif yerlərdə saxlayıblar.

Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: