ABŞ bəzi vətəndaşlarının İsraili tərk etməsinə icazə verəcək

A- A A+

ABŞ-nin Qüdsdəki səfirliyi cümə günü İranla hərbi münaqişə riski ilə bağlı artan narahatlıq fonunda bildirib ki, Vaşinqton bəzi hökumət işçiləri və ailə üzvlərinin təhlükəsizlik riskləri səbəbindən İsraili tərk etməsinə icazə verəcək.

NUHÇIXAN “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, səfirlik təhlükəsizlik riskləri barədə ətraflı məlumat verməyib. Bu qərar Beyrutdakı ABŞ səfirliyində çalışan bəzi işçilər üçün bu həftə tətbiq edilən əmrdən sonra verilib.

ABŞ nüvə proqramı ilə bağlı İran ilə danışıqlar apararkən Yaxın Şərqdə ən böyük hərbi güc göndərib. Danışıqların son mərhələsi cümə axşamı günü heç bir irəliləyiş olmadan başa çatıb.

İran hücuma məruz qalacağı təqdirdə bölgədəki Amerika hərbi bazalarına zərbə endirəcəyi ilə hədələyib. Bu eskalasiya İsrailə də təsir göstərə bilər. İki düşmən ölkə iyun ayında 12 günlük müharibə aparıb.

Vaşinqton və Tehran arasında artan gərginlik fonunda bir neçə ölkə Yaxın Şərqdəki bəzi dövlətlərdə çalışan diplomatları və vacib olmayan işçiləri geri çağırmağa və ya vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə etməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: