İran ətrafında davam edən gərginliklə əlaqədar Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənədək İslam Respublikasına səfər etməkdən müvəqqəti çəkinməyi tövsiyə edib.
NUHÇIXAN Qazaxıstan XİN-ə istinadla xəbər verir ki, hazırda İranda olan vətəndaşlara ölkəni tərk etmək, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl etmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etmək məsləhət görülüb.
Nazirlik, həmçinin mövcud vəziyyət və onun mümkün kəskinləşməsini nəzərə almaqla, Yaxın Şərq ölkələrinə səfərləri ehtiyatla planlaşdırmağa çağırıb. Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri ştat rejimində fəaliyyət göstərirlər.
