“Air Astana” Yaxın Şərqə bütün aviareysləri ləğv edib

A- A A+

“Air Astana” aviaşirkəti İran hava məkanının bağlanması və bölgədəki qeyri-sabit vəziyyət səbəbindən Yaxın Şərq uçuşlarında dəyişikliklər elan edib.

NUHÇIXAN aviaşirkətin məlumatına istinadla xəbər verir ki, Almatı və Astanadan Mədinə, Dubay və Dohaya reyslər uçuşların başladığı hava limanlarına qaytarılır. Bəzi uçuşlar digər şəhərlərə və ya alternativ hava limanlarına yönləndirilib. Fevralın 28-dən etibarən Yaxın Şərqə qalan uçuşlar ləğv edilib.

“Air Astana” vurğulayıb ki, 6 mart tarixinə qədər ödənişsiz əsasda yenidən bronlama və biletləri alış nöqtəsinə geri qaytarmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: