Almaniyanın iqtisadiyyat naziri ölkədə qaz hasilatının genişləndirilməsini təklif edir

A- A A+

Almaniyada planlaşdırılan “Binaların modernləşdirilməsi” qanununun qüvvəyə minməsi fonunda ölkədə qaz və alternativ yanacaq təminatı ilə bağlı müzakirələr intensivləşib.

NUHÇIXAN “Tagesspiegel” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın federal iqtisadiyyat naziri Katerina Rayxe yerli qaz hasilatının genişləndirilməsinin mümkünlüyünü gündəmə gətirib.

O, yerli media qurumlarından birinə müsahibəsində qeyd edib ki, Almaniyanın qaz ehtiyatları mövcuddur və əsas məsələ onların iqtisadi baxımdan sərfəli şərtlərlə hasil olunub-olunmamasıdır. Xüsusilə mürəkkəb geosiyasi şəraitdə enerji təhlükəsizliyi məsələsi diqqətlə nəzərdən keçirilməlidir.

K.Rayxe vurğulayıb ki, ətraf mühitin qorunması ilə xammal təminatı arasında həssas balans saxlanmalıdır. O, federal hökumətin Niderlanda Şimal dənizində qaz yatağının kəşfiyyatına icazə verdiyini vurğulayaraq, oxşar yanaşmanın Almaniya üçün də mümkün ola biləcəyini qeyd edib.

Eyni zamanda, yaşıl enerji mənbələrinin genişləndirilməsinin vacibliyinə də toxunan nazirin sözlərinə görə, Ukrayna böyük həcmdə bioqaz təklif edir və gələcəkdə bu istiqamətdə idxal imkanları nəzərdən keçirilə bilər. Bununla belə, Ukrayna və Avropa İttifaqı səviyyəsində mövcud tənzimləyici məsələlərin həlli zəruridir. Bu maneələr aradan qaldırılarsa, Almaniyaya əhəmiyyətli həcmdə biometan tədarükü mümkün ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: