İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.
"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.
***
17:18
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
NUHÇIXAN "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.
***
16:01
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 40-a çatıb.
NUHÇIXAN İran mediasına istinadən xəbər verir ki, hadisə zamanı 48 nəfər xəsarət alıb.
***
15:41
İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.
