İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə NUHÇIXAN Rusiya XİN-in məlumatına istinadən xəbər verir.
Nazirlikdə qeyd ediblər ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıqlar zamanı iranlı nazir ABŞ və İsrailin zərbələrinə cavab olaraq ölkə rəhbərliyinin gördüyü tədbirlər barədə məlumat verib. O, həmçinin təcili qaydada BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyətində olduğunu bildirib.
Lavrov ABŞ və İsrailin İrana qarşı hücumlarını pisləyərək, bunun beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu, regional və qlobal sabitlik və təhlükəsizlik üçün ağır nəticələrini nəzərə almadığını vurğulayıb.
O, Rusiyanın, o cümlədən BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həllin axtarışına kömək etməyə hazır olduğunu qeyd edib.
