IRIB: SEPAH-ın baş komandanı Pakpur həlak olub

A- A A+

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur ABŞ və İsrail zərbələri nəticəsində həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası (IRIB) məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı İranın ali dini rəhbərinin müşaviri Əli Şamxani də öldürülüb. Artıq Pakpurun yerinə briqada generalı Əhməd Vahidi təyin edilib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: