2025-ci ildə hüquq-mühafizə orqanlarının qeydə aldığı fiziki zorakılıq halları 5 faiz artıb.
NUHÇIXAN “Le Monde” nəşrinə istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin hesabatında deyilir.
Sənədə görə, 2025-ci ildə 473 000 fiziki zorakılıq faktı qeydə alınıb. Bunların təxminən yarısı ailədaxili zorakılıqlardır.
Ailədaxili zorakılıqların qurbanlarının 73 faizi qadınlardır.
