İran İraqdakı NATO-nun Viktoriya bazasına hücum edib

A- A A+

İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun Viktoriya bazasına hücum edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Amerikanın "Palm Jet" təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatına görə, bazaya üç kamikadze dron hücum edib.

Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-ın hücumlarına cavab olaraq "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: