KİV: İsrailin Livanın cənubuna zərbəsi nəticəsində dörd nəfər ölüb

A- A A+

İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində dörd nəfər həlak olub.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadən xəbrə verir ki, bu barədə "Əl-Məyadin" məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri həmçinin sərhədyanı yaşayış məntəqəsini atəşə tutub.

"İsrail aviasiyasının Sultaniyə yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb", - məlumatda qeyd edilib.

Martın 2-si gecə saatlarında İsrail Müdafiə Ordusundan bildirilib ki, Livan hərəkatı "Hizbullah" İranın tərəfində hərbi münaqişəyə qoşulduğunu və İsrail ərazisinə raket zərbəsi endirdiyini bəyan ediblər. Cavab olaraq İsrail Livandakı obyektlərə zərbələr endirməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: