Emmanuel Makron: Təhlükələrin artdığı dövrdə güc və müstəqillik əvəzolunmaz qüvvə olacaq

A- A A+

Yaşadıqlarımız göstərir ki, təhlükələrin artdığı şəraitdə güc və müstəqillik iki əvəzolunmaz qüvvə olacaq.

NUHÇIXAN xəbər verir ki, bu açıqlamanı Fransa Prezidenti Emmanuel Makron Bretan bölgəsində yerləşən İle-Long hərbi bazasına səfəri ərəfəsində deyib.

Baza Fransanın nüvə başlıqlı ballistik raketlər daşıyan sualtı qayıqlarının əsas limanıdır. Prezident burada Fransanın nüvə çəkindirmə strategiyasına dair çıxış etməlidir. Bir neçə gün öncədən planlaşdırılan bu səfər Yaxın Şərqdə baş verən son hadisələr – İsrail-ABŞ zərbələri və İranın Ali Rəhbəri Əli Xameneinin ölümü fonunda suallar doğurub.

Yelisey sarayı bildirib ki, Emmanuel Makron İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: