İsrail İranın kəşfiyyat nazirinin müavinini və casusluq şöbəsinin rəhbərini zərərsizləşdirib

A- A A+

İsrail Müdafiə Ordusu İran Kəşfiyyat Nazirliyinin Tehrandakı qərargahına zərbə endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zərbə nəticəsində yüksək vəzifəli məmurlar, o cümlədən kəşfiyyat nazirinin İsrail məsələləri üzrə müavini Seyid Yahya Hamidi və casusluq şöbəsinin rəhbəri Calal Pur Hoseyn zərərsizləşdirilib.

Həmçinin İsrail ordusu bildirib ki, digər yüksək vəzifəli məmurlar da zərərsizləşdirilib, lakin konkret adlar açıqlanmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: