İsrail Baş naziri Benyamin Netanyahunun dəftərxanası İranın raket zərbələri nəticəsində İsrail Baş nazirinin ofisinin və Hərbi Hava Qüvvələri (HHQ) komandanı Tomer Barın evinin vurulduğuna dair bəyanatını təkzib edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, hava həyəcan siqnalından sonra Qüdsə raket düşməsi barədə məlumat daxil olmayıb.
"Mövcud məlumata görə, Netanyahunun dəftərxanası zərər görməyib", - qəzet qeyd edir.
