İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb

A- A A+

Fələstinin "İslam cihadı" qruplaşmasının döyüş qanadı olan "Səraya əl-Qüds" İsrailin Beyruta endirdiyi zərbə nəticəsində komandirləri - "Əbu Həmzə" ləqəbi ilə tanınan Ədhəm əl-Osmanın həlak olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

"Səraya əl-Qüds"ün Livandakı komandiri Ədhəm Adnan əl-Osman İsrail qüvvələrinin Beyrutun cənubuna endirdiyi zərbə nəticəsində həlak olub", - məlumatda bildirilib.

İsrail ordusu martın 2-nə keçən gecə Livan ərazisində "Hizbullah" hərəkatının bütün hədəflərinə zərbələr endirib. Hərbi mənbələr bu hücumun qruplaşmanın İsrailin şimal bölgələrinə raket atəşinə cavab olduğunu bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: