İrana qarşı əməliyyatda həlak olan ABŞ hərbçilərinin sayı artıb

A- A A+

İrana qarşı hərbi əməliyyatların gedişində ABŞ-nin altı hərbi qulluqçusu həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Yaxın vaxtlarda Amerika qoşunları regionda İranın ilk zərbələri zamanı hücuma məruz qalmış obyektdə əvvəllər itkin düşmüş hesab olunan iki hərbi qulluqçunun qalıqlarını aşkar ediblər", - məlumatda bildirilib.

Daha əvvəl dörd amerikalı hərbçinin həlak olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: