Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb

A- A A+

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yaxın Şərqdəki vəziyyətə dair yaydığı bəyanatda quruma üzv dövlətlərin Yaxın Şərqdəki hadisələr və İran ərazisinə hərbi zərbələr endirilməsi ilə bağlı ciddi narahatlığı ifadə olunub.

NUHÇIXAN xəbər verir ki, ŞƏT-in Pekindəki katibliyinin yaydığı bəyanatda təşkilata üzv dövlətlərin güc tətbiqini qəbuledilməz hesab etdiyi, mövcud mübahisələrin yalnız sülh yolu ilə dialoq, qarşılıqlı hörmət və bütün tərəflərin qanuni maraqlarının nəzərə alınması əsasında, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun həllinə tərəfdar olduğu vurğulanıb.

ŞƏT üzv dövlətləri İranın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayıb və bütün tərəfləri təmkinli olmağa, vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Üzv dövlətlər BMT-ni və onun Təhlükəsizlik Şurasını beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: