Qazaxıstan vətəndaşlarının İrandan quru yolu ilə Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə təxliyə edilməsi planlaşdırılır.
NUHÇIXAN Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayevə istinadla xəbər verir ki, bu ölkənin xarici işlər naziri təxliyə ilə bağlı həmkarları ilə bir neçə telefon danışığı aparıb.
Dünən İranın şimalındakı Qorqan şəhərində olan təxminən 17 Qazaxıstan vətəndaşı Türkmənistan vasitəsilə təxliyə edilib.
