İran Oman sahillərində tankerə hücum edib, ölən var

A- A A+

İran Oman sahillərində neft tankerinə zərbə endirib, nəticədə bir nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Al Jazeera" Oman Dəniz Təhlükəsizliyi Mərkəzinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum Maskat vilayətindən 52 dəniz mili (96 km) məsafədə kamikadze kateri vasitəsilə həyata keçirilib. Hücum nəticəsində gəmidə yanğın baş verib və bu da ekipaj üzvlərindən birinin ölümünə səbəb olub. 21 ekipaj üzvü təxliyə edilib.

Oman Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, həmin ərazidə olan gəmilərə naviqasiya xəbərdarlıqları göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: