Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

A- A A+

Cənub istiqamətində qış-yaz əks-hücum kampaniyası zamanı Ukrayna qoşunları təxminən 460 kvadrat kilometr ərazini azad edə bilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera”ya verdiyi müsahibədə jurnalistin Ukrayna qoşunlarının irəliləməsi ilə bağlı sualını cavablandırarkən bildirib.

“İlin əvvəlindən bəri 460 kvadrat kilometr ərazini geri almışıq”, - deyə o əlavə edib.

Fevralın ortalarında Rusiya ilk dəfə Dnepropetrovsk və Zaporojye bölgələri arasındakı sərhəddə Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu barədə məlumat verib. Eyni zamanda, Cənub Müdafiə Qüvvələri cəbhənin bu hissəsindəki faktiki vəziyyəti aydınlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: