Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk

A- A A+

İrana hücumları dayandırmaq və danışıqlara başlamaq üçün müəyyən vaxt keçməli və bir sıra hərbi əməliyyatlar həyata keçirilməlidir.

NUHÇIXAN xəbər verir ki, “Yeni Şafak” qəzeti bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadla məlumat yayıb. “Biz tərəfdaşlarımızla müharibə edən tərəfləri yenidən danışıqlar masasına qaytara bilmək üçün cəhd göstəririk. Bu kontekstdə bəzi şərtlər ortaya çıxır - minimum şərt müharibəyə son qoymaq, maksimum şərt isə rejimi dəyişməkdir. Lakin minimum şərtin yerinə yetirilməsi də müəyyən müddətə bağlıdır və bəzi hərbi əməliyyatların keçirilməsini tələb edir”, - deyə nəşr Hakan Fidandan iqtibas gətirib.

Nazir vurğulayıb ki, İran geniş ərazidə yerləşir və onun raket, radar, hava hücumundan müdafiə vasitələri, elektron sistemləri və dəniz qüvvələri müxtəlif ərazilərdə yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: