Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə Yaxın Şərqdə və Körfəz regionunda vəziyyəti müzakirə edib.
Bu barədə NUHÇIXAN Zelenskinin “Telegram”da yaydığı bəyanata istinadla xəbər verir.
“İrandan həyata keçirilən ağılsız zərbələr nəticəsində insanların həlak olması ilə bağlı ona başsağlığı verdim”, — deyə Zelenski bildirib.
Bəyanatda BƏƏ Prezidentinin sözlərinə istinadla qeyd olunur ki, “İran rejimi zərbələri təkcə hərbi obyektlərə deyil, evlərə, ticarət mərkəzlərinə və hətta məscidlərə də endirir”.
“Bu vəziyyətdə necə kömək edəcəyimizi və insanların həyatının müdafiəsini necə dəstəkləyə biləcəyimizi müzakirə etdik. Razılaşdıq ki, komandalar bu istiqamətdə işləyəcək. İnsan həyatının müdafiəsi dünyada hamı üçün ümumi prioritetdir”, — deyə Zelenski vurğulayıb.
